Xəbər lenti
Bakıda 25 mərtəbəli binada lift “özəlləşdirildi”:
Bakıda Xətai metrosu yaxınlığında yerləşən “İnter MMC” tikinti şirkətinə məxsus binada liftin şirkət rəhbərliyi tərəfindən “özəlləşdirilərək” yalnız bəzi sakinlərin istifadəsinə verildiyi, etiraz edənlərin isə işıqların söndürüləcəyi ilə hədələndiyi iddia olunur.Bu iddia ilə bağlı sözügedən binanın sakini Ayxan Süleymanov sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, binada sakinlərin istifadəsinə verilən üç liftdən ikisi yararsız vəziyyətdədir və tez-tez sıradan çıxır. İşlək vəziyyətdə olan üçüncü lift isə yalnız müəyyən mərtəbələrə qalxır:
“Şəxsən bir neçə dəfə həmin liftdə ilişib qalmışam. Ən maraqlısı isə yük liftinin olmamasıdır. Onun əvəzinə sağdakı lift tikinti rəhbəri tərəfindən “özəlləşdirilib” və yalnız 2-4 və 21, 24, 25-ci mərtəbələrə qalxır. Bu, görünməmiş bir haqsızlıqdır".
A.Süleymanov həmçinin binada sanitar və texniki problemlərin olduğunu da qeyd edib. Onun sözlərinə görə, sakinlər şikayət etdikdə isə işıqların söndürülməsi ilə hədələnirlər:
“Bu binanın 1 kvadrat metri təxminən 3500–4000 AZN-dən başlayır. Lakin giriş hissəsi zibilxanaya çevrilib, tullantılar ətrafa yayılır və Xocalı heykəlinə gedən küçə ilə birləşir. Giriş qapısı ucuz materialdandır, tez-tez sıradan çıxır və ya yüksək səslə bağlanır. Parkinqin vəziyyəti də pisdir, artıq kif qoxusu gəlir. Giriş üçün nəzərdə tutulan plastik açarın hər biri 10 manata satılır. Ümid edirəm qonşular da bu deyilənləri təsdiqləyəcəklər. Hesab edirəm ki, bina rəhbərliyi binanın idarə olunmasına tam nəzarəti itirib. Narazılıq bildirildikdə isə sakinlər barədə şayiələr yayılır”.
Digər sakinlər də sosial şəbəkə paylaşımında problemləri təsdiqləyərək liftlərin tez-tez sıradan çıxdığını və istifadədə ciddi çətinliklər olduğunu bildiriblər. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































