Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

“İdrak” liseyi hadisəsində yeni detal: Silah sahibi də məsuliyyətə cəlb olunub

Tarix: 11-06-2026 13:10     Baxış: 4159 A- / A+

"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı aparılan cinayət işi üzrə silahın sahibi də məsuliyyətə cəlb olunub.

Manevr.az xəbər verir ki, Baş Prokurorluğun "Instagram" səhifəsində keçirilən canlı yayımda Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəhbəri Orxan Rzayev bu barədə məlumat verib.

Onun sözlərinə görə, iş üzrə materiallar artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və istintaq çərçivəsində silah sahibi ilə bağlı ayrıca cinayət təqibi də aparılır. Nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.

Qeyd edək ki, hadisə fevralın 6-da Bakı şəhəri Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində qeydə alınıb. Məlumata əsasən, şagird tərəfindən odlu silahdan atəş açılması nəticəsində müəllim xəsarət alıb.

Faktla bağlı daxil olan məlumat əsasında Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. Şübhəli bilinən şagird saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq yekunlaşdıqdan sonra şagirdə Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb.milli.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar