Xəbər lenti
Azərbaycanda kitabxanalar bağlanır?

Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur.
Bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib. Bildirib ki, kitabxana sahəsində işə yalnız ali təhsilli şəxslərin cəlb olunması əsas hədəflərdən biridir.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə bildirib ki, Azərbaycanda kitabların yarıdan çoxu Kiril əlifbasındadır. Onun sözlərinə görə, Azərbaycan dilində olan nəşrlərin 9,2 milyondan çoxu və ya 57,6 %-i Kiril qrafikasında, 6,7 milyondan çoxu isə latın qrafikasındadır.
Fərid Cəfərov həmçinin əlavə edib ki, kitabxanaların təxminən 80 %-nin internetə çıxışı yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































