Xəbər lenti
“Uşaqlarınızı tək heç yerə buraxmayın” – Millət vəkilindən manyakla bağlı müraciət

Adil Əliyev
Millət vəkili
Əziz dostlar, dünən ölkə mediası çox utancverici cinayət xəbəri ilə cəmiyyəti sözün əsl mənasında silkələdi. 21 iyul tarixində Xətai rayonu ərazisində 35-40 yaşlarında manyak tərəfindən 8 yaşlı oğlan uşağının zorlanması xəbəri hər kəsi şoka saldı. Bu,iyrənclikdən, xəstəlikdən başqa bir şey deyil. Məhz bu cür hadisələr proseslərin pərdəarxası məqamlarına xüsusi diqqət ayırmağı tələb edir. Bu qəbildən olan cinayətlərin törədilməsi daha çox insanların psixi problemləri, tərbiyəsi ilə bağlıdır. Azərbaycanda belə cinayətləri adətən əqli cəhətdən normal olmayanlar törədirlər. Hesab edirəm ki, cinayət məcəlləsində azyaşlı uşaqlara qarşı zorakılıq hadisələrini törədənlərin cəzaları daha da sərtləşdirilməlidir. Əvvəlcə bu tip insanlar,əgər bunlara insan demək doğrudursa mütləq həkim, psixoloq, psixoterapevt, seksopotoloqlar tərəfindən müayinə edilməli və ən sərt cəza kəsilməlidir. Əgər vaxtında onlarla mübarizə aparılmasa cəmiyyətimizdə daha böyük hadisələr baş verə bilər.
Əziz valideyinlər çox ayıq-sayıq olun. Uşaqlarınızı tək başına heç yerə göndərməyin.Hara gedib gəldiklərini izləyin, xəbərdar olun hər addımlarından. Əks təqdirdə bu manyaklar hər birimizin övladının qarşısına çıxa bilər.
Sonda isə asayişimizin keşiyində dayanan,cinayətkarlardan, cinayətlərdən bizləri qoruyan polislərimizə, Çevik Polis Alayının bütün heyətinə, o cümlədən xüsusilə Xətai rayonunda baş verən hadisəni aşkara çıxaran Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiriyə göstərdiyi qəhrəmanlığa görə təşəkkürümü bildirirəm.(turkustan.info)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar