Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

1 meyit başı üçün 7650 manat ödənilir - Video

Tarix: 08-06-2026 14:18     Baxış: 3124 A- / A+


Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, həkim İstanbulda yerləşən Mərmərə Universitetinin Əməliyyat və təlim mərkəzindən görüntülər yayımlayıb. O bildirib ki, burada müxtəlif ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə tibbi təlimlər və praktiki məşğələlər keçirilir.
Qədimbəylinin sözlərinə görə, tədris prosesində Avropanın müxtəlif bölgələrindən gətirilən anatomik materiallardan istifadə olunur. Həkim baş və boyun nahiyəsi üzrə aparılan təlimlər üçün bir anatomik preparata görə 4500 dollar (7650 manat) ödənildiyini qeyd edib.
O vurğulayıb ki, proqramda müxtəlif ölkələrdən gələn həkimlər iştirak edir və burada tibbin ən son yenilikləri, müasir cərrahi üsullar və yeni texnologiyalar tətbiq olunur.
Paylaşılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər təlim prosesinin əhəmiyyəti və tibb sahəsindəki yeniliklərlə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar