Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yazıçı Əkrəm Əylisli Bakı Şəhər Prokurorluğuna çağırılıb

Tarix: 05-09-2016 20:34     Baxış: 4535 A- / A+
Yazıçı Əkrəm Əylisli Bakı Şəhər Prokurorluğuna çağırılıb

Bu barədə "Report"a Ə.Əylislinin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, sabah mən və Əkrəm Əylisli saat 16:00 radələrində Bakı Şəhər Prokurluğunun müstəntiqi Asəm Səfərəliyevin yanına dəvət edilmişik: "Konkret hansı istintaq hərəkəti ilə bağlı çağrıldığımızı deməyiblər".

Qeyd edək ki, Ə.Əylisli martın 30-daHeydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. İttihama əsasən, Ə.Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüş söyüb, DSX-nin əməkdaşı Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində N.Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 sm ölçüdə solğun göyümtül qançır yaranıb.

Daha sonra Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsində yazıçı Əkrəm Əylisliyə qarşı başlanılan cinayət işinin maddəsi dəyişdirilib. Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə qaldırılan cinayət işi CM-nin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. CM-nin 315.1-ci maddəsi ilə istintaq prokurorluqda aparılmalı olduğundan, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar