Xəbər lenti
Zəvvarlarımızın həcc ziyarəti başa çatdı

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.
Manevr.az xəbər verir ki, bu barədə apa-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: "Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.
Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.
Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































