Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Ağacları kəsib kafe tikdilər

Tarix: 25-07-2017 19:01     Baxış: 4351 A- / A+
Ağacları kəsib kafe tikdilər

Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müyəyyən edilib, kəsinti faktı aşkar olunmayıb.
Araşdırma zamanı məlum olub ki, Səbail rayon İcra hakimiyyəti Başçısının 14.07.2017-ci il tarixli 98 saylı Sərəncamı ilə şəhid ailəsi Həqiqət Babayevaya məxsus Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısında yerləşən mövcud qeyri-yaşayış obyektinin yenidənqurma və tikintisinə icazə verilib.
Ərazidəki ağac və kollar qeydiyyata alınaraq qorunub mühafizə edilməsi üçün iş icraçısı Əli Mehdizadəyə təhvil verilib. Nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada akt tərtib edilib. Sahibkar H.Babayevaya isə icra üçün “məcburi göstəriş” verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar