Sizin Reklam Burada
Xəbər lenti
05-06-2026
04-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iş satları azaldıla bilərmi?

Tarix: 05-06-2026 22:08     Baxış: 27 A- / A+
Azərbaycanda iş satları azaldıla bilərmi? - AQC sədrindən AÇIQLAMA +Azərbaycanda altı saatlıq iş rejiminin tətbiqi son illər müxtəlif ölkələrdə aparılan təcrübələr fonunda müzakirə olunan məsələlərdən biridir.
BAKU.WS-in məlumtına görə, bu model ilk baxışdan işçi məmnuniyyətinin artırılması baxımından cəlbedici görünsə də, onun iqtisadi və sosial nəticələri hərtərəfli qiymətləndirilməlidir.
Bəs iş saatlarının azalması mümkün ola bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, hazırda ölkə qanunvericiliyinə əsasən standart iş həftəsi 40 saat, gündəlik iş vaxtı isə əsasən 8 saat təşkil edir:
"Bununla belə, praktikada işçilərin bütün iş günü ərzində fasiləsiz məhsuldar fəaliyyət göstərmədiyi bildirilir. Gün ərzində müəyyən vaxtın sosial şəbəkələrə, qeyri-rəsmi müzakirələrə və digər əlavə fəaliyyətlərə sərf olunduğu qeyd edilir.
Altı saatlıq iş günü bəzi dövlət qurumlarında pilot layihə kimi sınaqdan keçirilə bilər. Dövlət sektorunda fəaliyyətin xarakteri nəzərə alınaraq iş vaxtının optimallaşdırılması mümkün görünür. Lakin özəl sektorda vəziyyət fərqlidir.
Bir çox müəssisələrdə hətta səkkiz saatlıq iş rejimi belə sifarişlərin vaxtında yerinə yetirilməsi və rəqabət qabiliyyətinin qorunması üçün bəzən kifayət etmir. Özəl şirkətlər müştəri məmnuniyyətini və operativliyi təmin etməli, yeni sifarişlər cəlb etməli və maliyyə dayanıqlığını qorumalıdırlar. İş saatlarının kəskin azaldılması isə bəzi sahələrdə məhsuldarlığın və gəlirlərin azalmasına səbəb ola bilər".
AQC sədri hesab edir ki, məsələyə yalnız işçi məmnuniyyəti prizmasından yanaşmaq doğru deyil:
"İşçilərin rifahı ilə yanaşı, müəssisələrin davamlı fəaliyyəti və iqtisadi səmərəlilik də nəzərə alınmalıdır.
Bu baxımdan daha çevik əmək bazarının formalaşdırılması, saatlıq iş modelinin genişləndirilməsi və işçilərə seçim imkanlarının yaradılması daha məqsədəuyğun variant kimi qiymətləndirilir. Belə ki, istəyəndə tam iş günü, istəyəndə isə 4-6 saatlıq iş qrafiki ilə çalışmaq imkanı həm işçilərin, həm də işəgötürənlərin maraqlarını balanslaşdıra bilər".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar