Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Tarix: 05-06-2026 19:51     Baxış: 3148 A- / A+
Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara, Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax, Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və şəhərlərinin Təcili tibbi yardım bölmələrinə ümumilikdə 25 yeni ambulans və reanimobillər təhvil verilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ), pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri, portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları, larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar yerləşdirilib.
İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləridir.
Təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv və səmərəli istifadə etmək məqsədilə ambulans parkının bütün ölkə üzrə yenilənməsi nəzərdə tutulur.
Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir.

Manevr.az
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar