Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

Tarix: 05-06-2026 19:34     Baxış: 3163 A- / A+
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşirAzərbaycan Respublikasında sosial şəbəkə platformalarından uşaqların istifadəsinin və sosial şəbəkələrin fəaliyyətlərinin şərtləri müəyyənləşir.
Manevr.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsində qeyd olunub.
Qanun layihəsində təklif olunan düzəlişlər və əlavələr Azərbaycan Respublikasında sosial şəbəkə platformalarından uşaqların istifadəsinin və sosial şəbəkələrin fəaliyyətlərinin şərtlərini tənzimləyir, qanunvericiliyin tələblərinə riayət edilmə üzrə məsuliyyəti müəyyənləşdirir.
Qanunun məqsədi sosial şəbəkə platformalarından istifadənin və bu platformalarda yayılan məzmunların həyatımıza geniş daxil olduğu bir şəraitdə, uşaqların bu mühitdə mövcud olan zərərli təsirlərdən qorumaq, onların fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq edici, təhrik edici, hətta intihara, cinsi istismara çağırışlara qədər, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq məqsədilə uşaqların yetkinlık dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır.
Yaş məhdudiyyəti tədbirləri kimi 16 yaşadək uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı və istifadəsinə qadağa tətbiq edilir, 16-18 yaş arası uşaqların bu platformalardan istifadəsi qanuni nümayəndənin (valideyn, qəyyumlar, himayəçinin) razılığı ilə icazə verilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar