Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 05-06-2026 19:12     Baxış: 3114 A- / A+
“Sürücülük vəsiqələrinin əvvəlcə müəyyən müddətə sınaq üçün verilməsi haqqında qayda tətbiq etmək daha məqsədəuyğun olar”.
 
Manevr.az
bildirir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı danışarkən qeyd edib.

Onun sözlərinə görə, şəxs bu vaxt ərzində özünü doğruldarsa, ona da digər sürücülər kimi uzunmüddətli sürücülük vəsiqəsi verilə bilər:
 
“Bir çox ölkələrdə bu təcrübə mövcuddur. Sürücülük vəsiqələri əvvəlcə sınaq müddəti ilə təqdim olunur. Şəxs həmin dövrdə kobud qayda pozuntularına yol vermir və ağır yol-nəqliyyat hadisəsi törətmirsə, növbəti dəfə ona bu vəsiqə 10 il müddətinə verilir. Bizdə də bu təcrübənin tətbiqinə baxmaq olar”.
 
Ekspert qeyd edir ki, hazırda praktiki imtahandan uğurla keçə bilməyən sürücülərin sayı kifayət qədərdir. Çünki kitabı oxuyub suallara cavab verməyin əksinə avtomobili idarə etmək bacarıq tələb edir.

“Mövcud qaydalara yenidən baxmaq və onları müəyyən formada təkmilləşdirmək olar ki, sürücülərin peşəkarlıq səviyyəsi daha da artsın”, - deyə o, vurğulayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar