Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə cərimə ballarının 20-dən 50-yə çatdırılması təklif olunur

Tarix: 05-06-2026 12:10     Baxış: 3124 A- / A+
Milli Məclisdə cərimə ballarının 20-dən 50-yə çatdırılması təklif olunur
"Şəhərdaxili, həm də bölgələrarası marşrutlarda uzunmüddətli sürücülük həyata keçirən peşəsi sürücü olan şəxslər avtomobil yollarının ən aktiv iştirakçılarıdır. Sürücülər üçün yolda keçirilən vaxt ortalama bir adi sürücüyə nisbətən 5-8 dəfə çoxdur. Xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün başlıca dolanışıq vasitəsidir. Məşğulluq statistikasına görə, ölkədə fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir".

Manevr.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır - ailənin bütün üzvlərini əhatə edən ağır iqtisadi problemə çevrilir:

"Taksi sürücülərinin və ümumi sürücülərin qarşılaşdığı problemlərin bəzilərinə toxunmaq istəyirəm. Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 ballıq həddə çatır. Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə bilmir, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Qısamüddətli hüquq itkisi belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxarır.20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur. Bu sadaladığım problemi həll etmək üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və ya yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tətbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar".qaynarinfo 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar