Sizin Reklam Burada
Xəbər lenti
04-06-2026
03-06-2026
BÜTÜN XƏBƏRLƏR

Avtobus və metrodan istifadə edənlərin NƏZƏRİNƏ

Tarix: 04-06-2026 18:39     Baxış: 424 A- / A+
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Azərbaycanda ictimai nəqliyyat sistemində yeni maliyyələşmə modelinə keçid hazırlanır. Məhz bu növ sistemin tam şəkildə işlək vəziyyətə gətirilməsi üçün brutto müqavilə modelinə keçid vacib hesab olunur. Artıq bununla bağlı qərar verilib və 2026-2028-ci illər ərzində mərhələli şəkildə bu sistemə keçidin təmin olunması planlaşdırılır. Brutto müqavilə modeli daşıyıcıların maliyyə dayanıqlığını təmin etmək məqsədi daşıyır və burada əsas məsələ hər kilometrə görə subsidiyanın tətbiq olunmasıdır.

Manevr.az
xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bu model tətbiq olunduqdan sonra ictimai nəqliyyat sistemində bir sıra yeniliklərin həyata keçirilməsi mümkün olacaq deyib.

"Buraya gündəlik, həftəlik, aylıq və illik bilet paketləri, eləcə də müəyyən zaman intervalı daxilində pulsuz keçid imkanları daxildir. Dünyanın müxtəlif şəhərlərində bu keçid müddəti fərqli olur. Bəzi şəhərlərdə 45 dəqiqə, digərlərində 60 və ya 90 dəqiqəlik pulsuz keçid sistemi tətbiq edilir. Belə yanaşma xüsusilə uzaq məsafədən gələn sərnişinlərin maliyyə yükünün azaldılmasına xidmət edir. Yəni sərnişin bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə ödəniş etmədən müəyyən müddət ərzində səfərini davam etdirə bilir".

O bildirib ki, bu da həm ictimai nəqliyyatdan istifadənin artırılmasına, həm də vətəndaşların xərclərinin optimallaşdırılmasına şərait yaradır:

"Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Ona görə də ilkin mərhələdə brutto müqavilə modelinə keçid əsas prioritet hesab olunur. Bu sistem tam tətbiq edildikdən sonra digər məsələlərin də mərhələli şəkildə öz həllini tapacağı gözlənilir".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar