Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlıların apardığı meyvələri əllərindən alıb sobada yandırdılar

Tarix: 04-06-2026 10:54     Baxış: 3122 A- / A+


Azərbaycanlıların apardığı meyvələri  əllərindən alıb sobada yandırdılar
Rusiyada “Rosselxoznadzor” əməkdaşları Surqut hava limanında ölkəyə qanunsuz gətirilən 140 kiloqramdan çox bitki mənşəli məhsulu müsadirə edərək məhv ediblər.
Manevr.az bildirir ki, may ayında mütəxəssislər 33 beynəlxalq reysi yoxlayıblar. Bitki karantini sahəsində qanunvericiliyin pozulması ilə bağlı 32 fakt aşkarlanıb. 
İdxalına məhdudiyyət qoyulan məhsullar arasında nar, limon, düyü, quru və təzə ərik, qoz-fındıq, gilas və çiyələk olub. Məhsullar Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin əl yüklərində, eləcə də baqajlarında aşkar edilib.
“Rosselxoznadzor” dan bildirilib ki, ümumi çəkisi 140 kiloqramdan artıq olan bütün karantin nəzarətinə aid məhsullar saxlanılıb və sahiblərinin razılığı ilə hava limanındakı xüsusi sobada yandırılaraq məhv edilib.
Qadağan olunmuş məhsulların sahibləri karantin nəzarətinə aid məhsulların ölkəyə gətirilməsi qaydalarını pozduqlarına görə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunublar.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar