Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

Məcburi köçkün statusuna yenidən baxılır

Tarix: 03-06-2026 22:10     Baxış: 388 A- / A+
Məcburi köçkün statusuna yenidən baxılır - VİDEO
"Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar.

Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. Layihəyə əsasən, vətəndaş  qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Millət vəkili Vüqar Bayramov bildirir ki, məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri də mərhələli şəkildə yeni modelə keçirilir.

Deputat həmçinin bildirib ki, Mənzil Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən işğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Xatırladaq ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Prezident tərəfindən 2004 - 2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Milli Məclisi tərəfindən 11 qanun qəbul edilib. 2007-ci ildə 12 çadır düşərgəsi  və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələri ləğv edilib, 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-ci ildə ləğv edilib, 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar