Sizin Reklam Burada
Xəbər lenti
03-06-2026
02-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik olacaq

Tarix: 03-06-2026 19:20     Baxış: 329 A- / A+


Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklarda ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı məcburi standartlar tətbiq edəcək.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu qurumun İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB PCI DSS standartını (Payment Card Industry Data Security Standard) bütün banklar və ödəniş təşkilatları üçün tətbiq etməyi planlaşdırır:
"Ödəniş sahəsində PCI DSS adlı beynəlxalq təhlükəsizlik standartı mövcuddur. Gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırmanın təkcə prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinqi olmayan banklar üçün də hər il məcburi şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Eyni yanaşmanın ödəniş təşkilatlarına da tətbiq olunması planlaşdırılır. Məqsəd maliyyə sektorunda təhlükəsizlik və etibarlılığı daha da artırmaqdır".
AMB rəsmisi qeyd edib ki, məlumatların keyfiyyəti və təmizliyinin təmin edilməsi istiqamətində də işlər aparılır:
"Məsələn, KYC və digər sistemlərdə daxil olan məlumatlar digər məlumatlarla uyğun gəlmədikdə, düzgün məlumat müvafiq platformalardan götürülərək dəqiqləşdirilir və səhv məlumat göndərən tərəfə bu barədə dərhal bildiriş göndərilir. Bununla da sektor üzrə məlumatların dəqiqliyinin və təmizliyinin təmin edilməsi hədəflənir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar