Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Tarix: 02-06-2026 23:17     Baxış: 3115 A- / A+
Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı
Bu gün Bakı-Tiflis-Qars dəmir yolu xəttinin rəsmi açılışı olub.

Açılış mərasimində Gürcüstan Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edib.

Tədbirə həmçinin Gürcüstan hökumətinin üzvləri, deputatlar, diplomatik korpusun və tərəfdaş ölkələrin nümayəndələri, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, eləcə də Özbəkistan və Qazaxıstandan qonaqlar qatılıblar.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, yeni dəmir yolu xətti Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir və Avropa ilə Asiya arasında əlaqənin gücləndirilməsində mühüm rol oynayır:

“Yeni dəmir yolu marşrutu regionda əlavə tutum yaradır, yük axını marşrutlarının şaxələndirilməsinə əhəmiyyətli dərəcədə töhfə verir və regionun əlaqəsini gücləndirir. Yeni Bakı-Tiflis-Qars dəmir yolu xəttində yükdaşımalarının həcmi hər il artır. Xəttin tam istismara verilməsi ilə layihənin tutumu 5 milyon tona qədər artacaq, bu da regiona əlavə yük axınlarını idarə etməyə və nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar