Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Xameneinin dəfn yeri açıqlandı

Tarix: 02-06-2026 19:17     Baxış: 3104 A- / A+



İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyun ayında olacaq.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini Məhəmmədəmin Tovəkkolizadə bildirib.
Onun sözlərinə görə, dəfn mərasiminin təşkili İslam İnqilabı Keşikçiləri Korpusuna həvalə edilib. Hazırda tədbiri daha yaxşı təşkil etmək üçün hazırlıq müddətinin uzadılması barədə müzakirələr aparılır.
Tovəkkolizadə Xamenei ilə vida mərasimi üçün 3 gün vaxt ayrıldığını, Tehranda keçiriləcək mərasimin isə azı 24 saat davam edəcəyini bildirib.
Tehran Şəhər Bələdiyyəsi sədrinin müavini dəfndən əvvəl Qum və Məşhəd şəhərlərində Xameneinin cənazəsi ilə matəm yürüşlərinin təşkil ediləcəyini deyib.
İranın sabiq Ali Lideri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.
Qeyd edək ki, Əli Xamenei fevralın 28-də başlayan ABŞ və İsrail hücumlarının ilk mərhələsində həyatını itirib. Bundan sonra ölkə rəhbərliyi onun oğlu Müctəba Xameneiyə keçib. Aprel ayında Xameneinin vəfatının 40-cı günü münasibətilə ölkənin müxtəlif bölgələrində anım mərasimləri keçirilsə də, rəsmi dəfn mərasimi təhlükəsizlik səbəbindən baş tutmayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar