Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - Siyahı

Tarix: 02-06-2026 12:40     Baxış: 399 A- / A+


TƏBİB-də kadr dəyişiklikləri davam edir.
Manevr.az bakupost.az-a istinadla xəbər verir ki, TƏBİB-in yeni rəhbərliyi qurumun mərkəzi aparatında çalışan daha 11 əməkdaşla yollarını ayırıb.
İşdən çıxarılanlar arasında 4 departament rəhbəri – İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova və İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı da var.
Bununla yanaşı, İnsan resursları, İctimaiyyətlə əlaqələr və kommunikasiya, İxtisaslı tibbi xidmətin təşkili, Strateji inkişaf, eləcə də Daxili nəzarət və monitorinq departamentlərinin şöbə müdirləri və məsləhətçiləri də vəzifələrindən azad ediliblər.
Eyni zamanda, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Zara İbrahimzadəyə həvalə olunub.
Qeyd edək ki, son aylarda TƏBİB-də genişmiqyaslı kadr islahatları həyata keçirilir. İcraçı direktor Anar Bayramovun rəhbərliyə gəlməsindən sonra əvvəlcə bir sıra müşavirlərlə yollar ayrılıb, daha sonra isə tabeli tibb müəssisələrinin rəhbərləri və mərkəzi aparatın əməkdaşları ilə bağlı ardıcıl qərarlar qəbul olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar