Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

20 ballıq cərimə limiti artırılır?

Tarix: 02-06-2026 11:58     Baxış: 4122 A- / A+

Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər.


Manevr.az
Xəzər TV-yə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib.

Bildirilib ki, son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problemlər yaratdığı qeyd edilir. Ekpertlərin fikrincə, limitə yenidən baxıla bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, son dövrlər cərimə balları ilə bağlı sürücülər arasında ciddi narahatlıq və narazılıq var: "Bunun kökündə o dayanır ki, son illərdə dayanma-durma ilə bağlı bəzi xətalara görə cərimə ilə yanaşı, həm də bal əlavə edildi. Yəni avtomobillərin səkilərdə park edilməsi, yol ayrıcına və piyada keçidinə 5 metr qalmış, avtobus zolağı və yaxud da ikinci cərgə ilə bağlı 2 bal əlavə olundu".

Ekspertin sözlərinə görə, dayanma və durma qaydalarının pozulması ilə bağlı bal sistemi yenidən nəzərdən keçirilməlidir. Bu istiqamətdə cərimə sanksiyaları saxlanılmaqla bal sisteminin ləğvi də müzakirə oluna bilər: "Cərimə ballarının bəzi xətalardan çıxarılması, eyni zamanda 20 ballıq məhrumiyyətin 25-30 bala qaldırılması faydalı olar".

E.Muradlı qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən artıq Milli Məclisə layihə təqdim olunub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar