Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şəxsi avtomobillə Gürcüstanda səfər etmək istəyənlər üçün alternativ yol gündəmə gəlib

Tarix: 02-06-2026 08:22     Baxış: 319 A- / A+
Sərnişin qatarla Gürcüstana gedir, avtomobili isə ondan əvvəl və ya sonra  həmin ölkəyə çatdırılır. Quru sərhədlərin bağlı qalması fonunda şəxsi avtomobillə Gürcüstanda səfər etmək istəyənlər üçün alternativ yol kimi məhz bu variant gündəmə gəlib.

Logistika üzrə ekspert Hafiz Əmiraslanov deyir ki, son günlər bu istiqamətdə müraciətlər artıb.

Onun sözlərinə görə, avtomobilin Gürcüstana göndərilməsi üçün əsasən CMR, yəni beynəlxalq yükdaşıma sənədi, invoys və ölkədən çıxışa icazə tələb olunur.

Bu isə o deməkdir ki, vətəndaş qatarla Tbilisiyə və ya Gürcüstanın digər istiqamətlərinə gedə, avtomobilini isə ayrıca daşıma vasitəsilə həmin ölkəyə göndərə bilər. Ekspert bildirir ki, prosesin əsas üstünlüyü ailəvi və uzunmüddətli səfərlərdə özünü göstərir. Çünki Gürcüstanda bir neçə şəhərə getmək, bölgələrə səfər etmək və istirahət müddətində taksi və ya kirayə avtomobil xərclərindən yayınmaq istəyənlər üçün bu daha rahat ola bilər. Amma avtomobilin geri qaytarılması zamanı qiymətlər bir qədər fərqlənir. Buna səbəb Gürcüstan üzərindən Azərbaycana gətirilən xarici avtomobillərin çoxluğu və daşıma istiqamətində tələbatın yüksək olmasıdır.

Yəni Gürcüstana aparılan şəxsi avtomobil səfər bitdikdən sonra yenidən Azərbaycana qaytarılmalı və Bakı gömrük terminalında rəsmiləşdirilməlidir. Mütəxəssislər bildirirlər ki, bu üsuldan istifadə etmək istəyənlər əvvəlcədən həm sənədləşmə qaydasını, həm də ümumi xərci dəqiqləşdirməlidirlər. Xüsusilə avtomobil başqa şəxsin adınadırsa, kreditdədirsə və ya etibarnamə ilə idarə olunursa, sənəd tələbləri əvvəlcədən yoxlanmalıdır. banker.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar