Sizin Reklam Burada
Xəbər lenti
01-06-2026
31-05-2026
BÜTÜN XƏBƏRLƏR

Kitabların külündən ədəbiyyatın üzünə doğru — Emil Rasimoğlu yazır...

Tarix: 01-06-2026 19:39     Baxış: 367 A- / A+
Emil Rasimoğlu şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


    Qarşıdan gələn 2027-ci il imzasına yaxşı bələd olduğum(n)uz Əkrəm Əylislinin yubiley ilidir, 90 yaşı tamam olur. Onu deyirəm 
— illərdi ki, öz halal yurd-yuvasında (hətta dörd divar arasında!) “37 repressiyasının portreti”nə çevrilən, qələminin ağ rəngli taleyinə divan tutulan çağımızın Əylisli Əkrəmini...


Son on beş ildə ona qarşı olmazın haqsızlıqları edildi bu məmləkətdə. Hələ digər edilənlər bir yana, BİR YAZIÇININ Kİ, (həm də Əkrəm kimi bir yazıçının!) gözlərinin qarşısında od vurub kitablarını yandıralar...

Təbii ki, SƏNƏT, SƏNƏTKAR taleyi kütləyə (kütlə təfəkkürlü şəxslərə!) TAPŞIRILANDA, onların ixtiyarına VERİLƏNDƏ(!) kitab vərəqlənmədən YANDIRILAR, əsər oxunmadan “MÜZAKİRƏ” OLUNAR, sənətkar dərk edilmədən “DƏYƏRLƏNDİRİLƏR”...

... Bir dəfə də yazmışdım, Əkrəm Əylisli kifayət qədər nə yazdığının, nə yaratdığının fərqində olmuş... fərqində olan İmzadı!

Onun məlum “Daş yuxular” əsərində də olduqca ciddi nüanslar var. O nüanslar ki əsərin İDEYAsının tərkib hissəsini təşkil edir. Belə ki, düşmənçiliyin yox edilməsinin, bitməsinin... mahiyyəti, fəlsəfəsi, idraki kodu (necə deyərlər, hələ at belindən üzübəri gələn) qarşılıqlı nifrətin sonu... o mövcud əsərin əsas ideyasının ÜMUMBƏŞƏRİ MƏĞZidir. Yazıçı cəsarəti də (xüsusən, ədəbi cəsarəti, missiyası da!) məhz həmin ideyaya xidmət edir.

... Nefti tərəzi ilə ölçənin (ölçmək istəyənin, “ölçmək marağı”nda olanın!) SUÇU neftdə deyil... ola da bilməz!
MƏHZ BU BAXIMDAN DA(!) bir daha deyim ki, bir əsəri “siyasət masası”nda, müəyyən “dişli ideologiyalar”ın fonunda... VƏ YA hansısa “maraqlar” naminə, kortəbii tərzdə, kütlə təfəkkürü ilə hissə — hissə, ayrı — ayrılıqda müzakirə etdikdən SONRA, əsərlə bağlı yanlış qənaətə gəlinirsə (hansı ki, bu zaman həmin yanlış nəticəyə gəlinməsi də təbiidir!), o artıq bir sənətkarın, yazıçının, ədibin problemi deyil...

Elə ona görə də (ay gözəlim məmləkətin Əkrəm qarşısındakı hər bir əlidaşlısı, gözüqanlısı!) SƏN ilk öncə (və mütləq mənada!) SƏNƏT... YAZIÇI MİSSİYASI anlayışlarının (enə bilirsənsə!) doğru – dürüst şəkildə FÖVQƏL QATLARına enməlisən. Bu azmış kimi (əgər hər hansısa bir əsərdən danışmaq istəyirsənsə!) o QATLARdan (yalnız həmin o QATLARdan!) çıxış etməyi bacarmalısan. YOXSA Kİ, (əks halda!) fikirlərin ya PAFOSun, ya da “MARAQLAR”ın eləcə ifadəsi, “diqtəsi” olacaqdır...

... İndi gəlib ilin - günün bu çağında Əkrəm Əylisli kimi (məhz Əkrəm Əylisli kimi!) bir YAZIÇInın adına “xəyanətkar” damğası vurmaq (hətta adını belə çəkməkdən qorxmaq, ehtiyat etmək!) sadəcə kortəbiilikdən, sənətin, YAZIÇI MİSSİYASInın, YAZIÇI AZADLIĞInın fərqinə varmamaqdan, vara bilməməkdən... eyni zamanda, bir sənət adamının ilahi mahiyyətinə, ilahi funksiyasına kürək çevirməkdən başqa heç nə deyil!

... Bitməlidi “Əkrəm xofu”, yaradılmış “vahiməli Əkrəm mifi”nin “erası”.

... Sözümün bu vədəsində son olaraq deyim ki, 90 illik yubiley münasibətilə adamlar və ağacların Əkrəm Əylislisinə, “37 repressiyasının portreti”nə çevrilən dövrümüzün Əylisli Əkrəminə yenidən dönüş olmalı və bu minvalla da onun əsərlərinə diqqət göstərilib, bir daha dərc edilməlidir.

... Unutmayaq ki, Əkrəm Əylislinin (Və eləcə də başıbəlalı Əylislinin timsalında ədəbiyyat, sənət) qarşısında “döyüş”dən dönüşə başlanan yolu kitabların külü yox, ədəbiyyatın üzü salamlayar!


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar