Araşdırmada hotel, qidalanma, içkilər, şəhərdaxili nəqliyyat, hava limanı transferləri, bələdçi turları, həmçinin muzey və tarixi məkanlara giriş haqları da nəzərə alınıb.
Siyahıda ilk yeri 248 avro ilə Sarayevo (Bosniya və Herseqovina) tutur. Ardınca Buxarest (Rumıniya) 258 avro ilə ikinci, Tirana (Albaniya) isə 263 avro ilə üçüncü sırada qərarlaşıb.
Həmçinin Belqrad (265 avro), Trençin (272 avro), Riqa (278 avro), Lill (280 avro), Vilnüs (289 avro), Strasburq (319 avro) və son olaraq Podqoritsa (332 avro) şəhərləri də Avropanın ən ucuz 10 şəhəri arasında yer alıb.publika.az





















.jpg)















