Xəbər lenti
Bakının gecə qonaqları: Bir günlük gecələmə 200 manat - SİYAHI
Bakıda heç bir qohum-əqrəbası olmayan şəxslər üçün bir neçə günlük ev tutmaq ən böyük problemə çevrilib.
Çünki qiymətlər kifayət qədər yüksəkdir. Rayondan Bakıya gələnlər üçün “Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən otel artıq 10 ilə yaxındır ki, bağlanıb. Hazırda elə həmin binada yerləşən “Staybridge Suites Otelin”də isə qiymətlər kifayət qədər yüksəkdir. Qəfil gecəyarısı Bakıya gəlməli olsanız, çətin ki, burada cibinizə uyğun yer tapasınız. Çünki vağzalın yaxınlığında yerləşən bu oteldə bir gecəlik qiymətlər 200 manatdan başlayır. Bu isə rayonlarda yaşayan əhalinin cibinə uyğun deyil.
Oteldən cebhe.info-ya bildirilib ki, qiymətlər yerli və əcnəbi vətəndaşlar üçün standartdır. Bir günlük qiymətə kofe, idman zalı, nahar daxildir. Metronun “28 May” stansiyasına yaxın ərazidə yerləşən “Diplomat Hotel”də isə qiymətlər 98, “Central Park Hotel” isə bir gecəlik qiymətlər 120 manatdan başlayır. Qısa müddətlik Bakıya gəlmək məcburiyyətində qalan, burda heç bir qohum-əqrəbası olmayanlara məlumat üçün bildirək ki, qiymətlərin bu qədər yüksək olduğunu görüb “Bakı Beynəlxalq Avtovağzalı”nın tabeliyində olan hotelə də ümid bağlamayın.
“Bakı Beynəlxalq Avtovağzalı”ndna bildirilib ki, hotel rəsmən açıq olsa da, hazırda işləmir. Belə də isə bölgələrdə yaşayanlara işlərini daha ehtiyatlı tutmaq tövsiyə edilir. Odur ki, indidən Bakıda günlük kirayə evlər verən elanları toplayaraq kitabçanıza qeyd edin. Elan saytlarından axtardığımız nəticələrə görə deyə bilərik ki, Bakıda günlük kirayə qiymətləri 40 manatdan başlayır. Əlbəttə, yerinə, şəraitinə görə qiymətlər dəyişir. Hətta Bakıda bir günlük otel qiymətinə də ev tapa bilərsiz, məsələn 200 manata Nəsimi rayonu ərazisində yerləşən bir mənzildə gecələyə bilərsiniz.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar