Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir?

Tarix: 30-05-2026 22:58     Baxış: 3119 A- / A+
Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? - VİDEOSon illərdə ölkəmizdə yapon mətbəxinə, o cümlədən suşinin müxtəlif növlərinə maraq artır. Ancaq bu məhsul düzgün şəraitdə hazırlanmadıqda insan sağlamlığı üçün təhlükəyə çevrilə bilər.

Bəs vətəndaşlar suşi sifariş edərkən nələrə diqqət etməlidirlər?

İnfeksionist Aytən Ziyadova mövzu ilə bağlı Baku TV-yə açıqlamasında bildirib ki, suşi düzgün hazırlanmadıqda, saxlanılmadıqda və ya xəstə balıqlardan istifadə olunduqda insanlara parazitar və yoluxucu xəstəliklər keçə bilə

r: "Xüsusilə risk qrupuna daxil olan şəxslər bu xəstəliklərə daha tez yoluxurlar. Bunlara immun sistemi zəif olan insanlar, onkoloji xəstələr, hamilə qadınlar və xroniki xəstəlikdən əziyyət çəkənlər daxildirlər. Qanlı ishal, halsızlıq, ürəkbulanma və qusma kimi əlamətlər müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır".

Qida mütəxəssisi Seymur Qafarov isə məsələyə belə münasibət bildirib: "Suşi hazırlandıqdan sonra maksimum 1-1.5 saat ərzində istehlak edilməlidir. Düyü və digər inqrediyentlərin bir-birinə həddindən artıq yapışması məhsulun əvvəlcədən hazırlandığını və keyfiyyətini itirdiyini göstərir. Restoranlarda suşi hazırlanarkən istifadə olunan çiy balıq daimi olaraq 0 ilə +4 dərəcə arasında saxlanılmalıdır. Uzunmüddətli saxlanma üçün isə məhsul ən azı -20 dərəcədə dondurulmalıdır". oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar