Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti xəstəxanaya yerləşdirildi - Şəkillər

Tarix: 29-05-2026 21:24     Baxış: 379 A- / A+
Xalq artisti Həsən Ağasoy xəstəxanaya yerləşdirilib.

Bu barədə jurnalist Heydər Oğuz məlumat verib.

O bildirib ki, Xalq artisti şəkəri maksimum səviyyədə qalxdığı üçün təcili həkim nəzarətinə götürülüb.

Jurnalist Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan H. Ağasoyun hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.
Heydər Oğuz əlavə edib ki, Naxçıvanın Mədəniyyət Nazirliyinin əməkdaşları və işlədiyi Naxçıvan Dram Teatrınin işçiləri, bütün mədəniyyət xadimləri Xalq artistini yalnız buraxmayıblar. Onu ziyarət etmək üçün xəstəxanaya gəliblər.
Qeyd edək ki, Həsən Ağasoy 1958-ci ilin mart ayının 27-də Culfa rayonunun Gülüstan kəndində anadan olub. 1975-ci ildə Culfa şəhər orta məktəbini bitirib. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində aktyor sənəti dərsini Azərbaycan SSR-nin Xalq artisti Rza Təhmasibdən alıb. Həmçinin eyni vaxtda Həsən Ağasoya görkəmli şair, dramaturq, Hüseyn Cavidin qızı Turan Cavid Azərbaycan teatr tarixindən dərs deyib.
1979-cu ildə institutu bitirərək, təyinatla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili teatrına göndərilib. O gündən bu günə kimi teatda aktyor vəzifəsində çalışır. Həsən Ağasoy Naxçıvan teatrının səhnəsində 80-dən çox müxtəlif xarakterli obrazlar yaradıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir.

1984-cü ildə "Naxçıvan MSSR əməkdar artisti", 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti", 1999-cu ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına, 2005–2010-cu illərdə, 9 may 2018-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 2008-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar