Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu çağırışçılar hərbi xidmətə APARILMAYACAQ

Tarix: 28-05-2026 21:30     Baxış: 468 A- / A+
Bu çağırışçılar hərbi xidmətə APARILMAYACAQ
Ölkə başçısının sərəncamına əsasən, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək.

Belə ki, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Vətəndaşlar hərbi xidmətə çağırışla əlaqədar müxtəlif suallarla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edirlər. Qurum isə elektron qaydada müraciətləri müvafiq qaydada cavablandırır.

Bir çox çağırışçıları hansı dərəcəli yastıpəncəliyin hərbi xidmətə yararlı olduğu maraqlandırır.

Dövlət Xidmətindən verilən cavaba görə, Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə uyğun olaraq 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab edilir.

Yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər orduya çağırılmır, hərbi xidmətə yararsız hesab
olunurlar. moderin.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar