Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Avropa Komissiyası "Temu"nu cərimələdi

Tarix: 28-05-2026 20:55     Baxış: 487 A- / A+


Avropa Komissiyası (AK) Çinin onlayn ticarət platforması olan "Temu"ya 200 milyon avro məbləğində cərimə tətbiq edib. Qurumun açıqlamasında qeyd edilib ki, platformada zəhərli uşaq oyuncaqları və təhlükəsizlik yoxlamasından keçməmiş enerji adapterləri satışa çıxarılıb.
Manevr.az xəbər verir ki, bu barədə Avropa icra orqanının mətbuat xidməti bəyanat yayıb:
"Seçilmiş enerji adapterlərinin çox böyük hissəsi əsas təhlükəsizlik yoxlamalarından keçə bilməyib, uşaq oyuncaqlarının isə yüksək faizi icazə verilən kimyəvi maddə konsentrasiyalarının aşılması səbəbindən orta və yüksək səviyyəli təhlükə yaradıb".

AK-nın iddialarına əsasən, platformada satılan oyuncaqlar təkcə təhlükəli miqdarda kimyəvi maddələr ehtiva etməyib, həm də uşaqların boğulmasına səbəb ola biləcək çoxsaylı sökülən hissələrə malik olub. Platformanın sahibləri həmçinin resursun dizayn və alqoritmlərinin "təhlükəli malları" təşviq etməsinə görə ittiham olunublar. AK onlayn mağazaya pozuntuların aradan qaldırılması üzrə planı təqdim etmək üçün avqustun 28-dək qədər müddət verib. Bundan sonra AK iki ay ərzində cərimənin ödənilməsi ilə bağlı yekun qərar çıxaracaq./oxu.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar