Xəbər lenti
Leysan üçün toplanan vəsait onlara veriləcək

Manevr.az xəbər verir ki, Qədimbəylilər ailəsinin bakupost.az-a verdiyi məlumata görə, yığılan vəsait Sədərək Xeyriyyə Cəmiyyəti vasitəsilə təhsil alan gənclərə dəstək məqsədilə istifadə olunacaq.
Bildirilib ki, Leysan Qədimbəylinin sağlamlığında bəzi sıxıntılar var idi . Ailəsinin, xüsusilə atasının ən böyük arzularından biri onun ikinci ali təhsil alması, yarımçıq qalan planlarını həyata keçirməsi olub. Lakin gənin ömrü arzuları kimi yarımçıq qalıb.
Qeyd edək ki, bəzi bölgələrdə yas məclislərində ailəyə maddi dəstək məqsədilə pul yığılması ənənəsi mövcuddur. Lakin Leysanın ailəsi toplanan vəsaiti şəxsi məqsədlər üçün istifadə etməyərək, başqa gənclərin təhsilinə yönəltmək qərarı verib.
Ailə hesab edir ki, Leysanın elmə, yaradıcılığa və gələcəyə bağlı arzularının yaşaması üçün ən doğru yol başqa gənclərin oxumasına dəstək olmaqdır.
“İnanırıq ki, bir gəncin xatirəsinə edilən ən gözəl yaxşılıqlardan biri başqa gənclərin gələcəyinə dəstək olmaqdır”, - deyə açıqlamada vurğulanıb
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































