Sizin Reklam Burada
Xəbər lenti
18-06-2026
16-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə uşaq doğmaq qadağan edilir

Tarix: 26-05-2026 17:01     Baxış: 377 A- / A+


Avropanın ən sabit və inkişaf etmiş ölkələrindən olan İsveçrədə miqrasiya böhranı və sürətli əhali artımı rəsmi qurumları hərəkətə keçirib. Ölkədə əhalinin sayını 10 milyon nəfərlə məhdudlaşdırmaq məqsədilə xüsusi qanun layihəsi ümumxalq səsverməsinə çıxarılır.
Manevr.az xarici mediaya istinadla xəbər verir ki, mühafizəkar sağmeylli İsveçrə Xalq Partiyası (SVP) və onun tərəfdarları tərəfindən irəli sürülən miqrasiyanın məhdudlaşdırılması təşəbbüsü yaxın günlərdə referanduma çıxarılacaq. Partiya rəsmiləri son 20 ildə ölkədə qeydə alınan təxminən 1,7 milyonluq əhali artımının demək olar ki, tamamilə xarici miqrasiya hesabına baş verdiyini bildirirlər.
SVP-nin iddiasına görə, nəzarətsiz artım ölkədə ciddi sosial və infrastruktur problemlərinə yol açıb. Hazırda İsveçrədə kəskin mənzil böhranı yaşanır, kirayə qiymətləri sürətlə yüksəlir və yollarda nəqliyyat sıxlığı pik həddə çatıb. Eyni zamanda, həddindən artıq urbanizasiya, ictimai nəqliyyatın yüklənməsi və səhiyyə sistemi üzərindəki böyük təzyiq də əhalinin narazılığına səbəb olan əsas amillər sırasındadır.
Mənzil çatışmazlığı və infrastrukturun yüklənməsindən təngə gələn İsveçrə vətəndaşlarının böyük əksəriyyəti ölkə əhalisinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü dəstəkləməyə meyillidir.milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar