Xəbər lenti
Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var

Mərkəzi Seçki Komissiyası ölkədə seçicilərin ümumi sayını açıqlayıb.
Manevr.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın 2026-cı ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasında məlumat verib.
O bildirib ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 332 min 229 nəfərdir. Onların 47,6 faizi kişilər, 52,4 faizi isə qadınlardır.
"Ən yaşlı qadın seçici Lənkəran rayon sakini Əzizova Tamam Əli qızıdır (1890-cı il təvəllüdlü, 136 yaş). Ən yaşlı kişi seçici isə Tovuz rayon sakini Hacıyev Fərrux Səməd oğludur (1920-ci il təvəllüdlü, 106 yaş).
MSK sədri əlavə edib ki, yaşı 100 və yuxarı olan seçicilərin sayı 209 nəfərdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































