Sizin Reklam Burada
Xəbər lenti
26-05-2026
25-05-2026
BÜTÜN XƏBƏRLƏR

Bu xəstəxanalara yeni direktorlar təyin olundu - Foto

Tarix: 26-05-2026 15:10     Baxış: 322 A- / A+


TƏBİB tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Manevr.az xəbər verir ki, müvafiq əmrlə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Cavid Nazim oğlu Paşayev təyinat alıb.
Qeyd edək ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.
O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub.
2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.
Hazırkı təyinatına qədər isə "Elit-Central" Hospitalın baş həkimi vəzifəsində çalışıb.
C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 20 elmi məqalənin müəllifidir.
Bundan başqa, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə isə Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib.
L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.
2006-2011-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq, 2011-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasının üzvü, daha sonra isə sədri vəzifəsində fəaliyyət göstərib.
O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb.
2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.TƏBİB-də yeni direktor təyinatları

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar