Sizin Reklam Burada
Xəbər lenti
25-05-2026
24-05-2026
BÜTÜN XƏBƏRLƏR

Kamran Əsədov ifadə verdi - Aldığı pulların hamısını...

Tarix: 25-05-2026 21:51     Baxış: 425 A- / A+

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun məhkəməsi keçirilib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi proses Gündüz Abbasovun ifadəsi davam etdirilib.
Hakim G.Abbasova valideynlərin K.Əsədov tərəfindən göndərilib-göndərilmədiyini, həmçinin avadanlıqların onun ofisindən hansı səbəblə götürülməsini soruşub.
G.Abbsov hakimin sualına aydın cavab verə bilməyib.
Ardınca təqsirləndirilən şəxsə imtahanda tapşırıqların Şəmkir rayonundan xüsusi qurğu ilə  cavablandırılması haqda suallar verilib.
G.Abbasov orada bir neçə müəllimin olmadığını deyib.
Hakim ibtidai istintaq dövründə onun və imtahan zamanı Şəmkir rayonundan sualları cavablandıran müəllimlərin ifadələrinin ziddiyyət təşkil etdiyini deyib. 
Hakimin "müəllimlərə nə vəd etmişdiniz" sualına G. Abbasov yenə də tam cavab verə bilməyib.
Həmin müəllimlər arasında onun yaxın qohumu, həmçinin, Gəncənin məktəblərində çalışan bir sıra müəllimlərin yer aldığı məlum olub.
Daha sonra K.Əsədov hakimə ifadə verib. 
Deyib ki, valideynlərin əksəriyyəti özləri ondan kömək istəyib.
O, isə müəyyən məbləğ qarşılığında onları "kömək" etmək üçün G.Abbasova istiqamətləndirib.
Amma pulun ona çatmadığını, G.Abbasova ödəniləcəyini bildirib.
O, ifadəsində bildirib ki, hətta avadanlıqların verilməsini də ilk dəfə valideynlərdən öyrənib.
Bütün bunların qarşılığında isə alınan pulları geri qaytardığını vurğulayıb. Pullar qaytarılan zaman özünün ofisdə olmadığını bildirib.
Qeyd edək ki, növbəti məhkəmə iyunun 11-i, saat 15:00-da keçiriləcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar