Sizin Reklam Burada
Xəbər lenti
25-05-2026
24-05-2026
BÜTÜN XƏBƏRLƏR

DTX-nin tutduğu sabiq sədrlə bağlı ŞOK DETALLAR -Şəkil

Tarix: 25-05-2026 21:30     Baxış: 428 A- / A+
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.
.
İttihama görə, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.

İttihama münasibət bildirən Səmədov özünü qismən təqsirli bilib, bildirib ki, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə özünü günahkar saymır.

O, növbəti prosesdə sərbəst ifadə verəcək.

Növbəti proses iyunun 10-na təyin eedilib.

Hazırda dəymiş ziyandan 44 min manat ödənilib.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Qeyd edək ki, Səmədov ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa edib. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb olub. teleqraf.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar