Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yol polisindən sürücülərə xəbərdarlıq

Tarix: 24-05-2026 19:15     Baxış: 3121 A- / A+
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

İdarədən bildirilib ki, 25-26 mayda tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində müşahidə olunacaq hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır.
Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır.
Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir.
Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar.
Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti məhdudlaşdırmalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və aşma riskini artırır.
Qeyd olunub ki, mövcud hava şəraitində hər bir məsuliyyətli davranış mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar