Xəbər lenti
Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi -FOTO
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün ikinci dəfə subaylığın daşını atıb.
Manevr.az goldnews.az-a istinadən xəbər verir ki, toy hazırda Bakıdakı şadlıq saraylarından birində keçirilib. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları iştirak edib.
Qeyd edək ki, dünyanın üç ən yaxşı şahmatçısından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanıb.
Şahmatçı bu barədə sosial şəbəkədə status da yazmışdı: "Bu gün gözəl və özəl gündür. Nişanlandım. Xoşbəxt həyat".
Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar