Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Qvardiolanın işləmək istədiyi yeri açıqlandı

Tarix: 23-05-2026 13:59     Baxış: 3121 A- / A+



PSJ futbol klubunun baş məşqçisi Luis Enrike həmkarı, "Mançester Siti"dən ayrılacağını açıqlayan Pep Qvardiolanın milli komanda çalışdırmağa olan böyük marağından söz açıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, tanınmış ispaniyalı mütəxəssis vaxtilə həmyerlisinin yığmadakı fəaliyyətə dair ona suallar ünvanladığını diqqətə çatdırıb.
"Mən İspaniya millisinin sükanı arxasında olduğum dövrdə o, bu işin incəlikləri barədə məndən soruşurdu. Qvardiola hər zaman özünü milli komandalar səviyyəsində sınamağa can atıb. Düzdür, onun İtaliya yığmasının başına keçəcəyinə o qədər də inanmıram. Lakin futbolda hadisələrin bu cür gözlənilməz inkişafını tam istisna etmək də qeyri-mümkündür", - deyə Enrike qeyd edib.
Qeyd edək ki, Pep Qvardiola və Luis Enrike dünya futbol tarixində "trebl"ə (eyni mövsüm ərzində üç əsas titula sahib olmaq) imza atmağı bacaran iki mütəxəssisdir. Bu unikal uğura Qvardiola "Barselona" və "Mançester Siti"nin, Enrike isə "Barselona" və PSJ-nin baş məşqçisi kimi nail olub.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar