Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Ətin qiyməti 39 manata qalxdı - Səbəbi bu imiş...

Tarix: 22-05-2026 22:16     Baxış: 326 A- / A+

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, paytaxtda bəzi ət növlərinin kiloqramının 39 manata satılmasının bir neçə amillə bağlı olduğunu söyləyib:

"Can əti spesifik məhsuldur və daha çox restoranlarda, eləcə də yüksək səviyyəli tədbirlərdə istifadə olunur. Təkcə Azərbaycanda deyil, ət istehlakının yüksək olduğu ölkələrdə, o cümlədən qardaş Türkiyədə, Orta Asiya və ərəb ölkələrində də can ətinin xüsusi bazarı formalaşıb. Bu ətin qiyməti adi mal əti ilə müqayisədə təxminən 30-35 faiz daha yüksək olur. Bunun əsas səbəbi can ətinin yumşaqlığı və ondan steyk kimi premium yeməklərin hazırlanmasının mümkün olmasıdır. Son 5 ildə bu istiqamətdə qiymətlər orta hesabla 60-65 faiz artıb. Əvvəllər 20-22 manata satılan can əti hazırda 34-35 manata, bəzi hallarda isə 39 manata qədər təklif olunur".

V.Oruc vurğulayıb ki, can ətinin müştəri bazası geniş olmasa da, bu məhsula tələbat əsasən restoran şəbəkələri və yüksək səviyyəli tədbirlər hesabına formalaşır:

"Həmçinin iri buynuzlu heyvanlarda can ətinin məhdud həcmdə olması da onun qiymətini artıran əsas səbəblərdəndir. Bu qiymətə ət alanlar varmı? Bəli, var. Xüsusilə restoran sektorunda, dövlət və özəl qurumların təşkil etdiyi tədbirlərdə bu növ ətə ciddi tələbat müşahidə edilir. Məhz həmin ətin keyfiyyəti və müxtəlif yeməklərin daha yüksək səviyyədə hazırlanmasına imkan verməsi onun baha satılmasına şərait yaradır. Digər mühüm məsələ isə Azərbaycanda mövcud iri və xırdabuynuzlu heyvan ehtiyatlarının daxili tələbatı tam ödəməməsidir. Bu səbəbdən müəyyən həcmdə ət idxal olunur və xaricdən gətirilən məhsulların üzərinə daşınma, logistika və digər əlavə xərclər gəlir ki, bu da qiymətlərə təsir edir".

Ekspertin fikrincə, bu problemin aradan qaldırılması üçün yerli istehsalın həcmi artırılmalı, heyvandarlıq sahəsi daha ciddi şəkildə stimullaşdırılmalıdır:

"Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş imkanlar mövcuddur və dövlət proqramlarında da həmin sahələrin inkişafı nəzərdə tutulur. Məqsəd Azərbaycanın ən azı daxili tələbatı ödəyəcək səviyyədə istehsal gücünə çatmasıdır".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar