Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Kartınızdan gizli silinən pulları qaytarmağın yolları - AÇIQLAMA

Tarix: 22-05-2026 21:31     Baxış: 429 A- / A+
Kartınızdan gizli silinən pulları qaytarmağın yolları - AÇIQLAMA
Smartfon istifadəçilərinin tez-tez qarşılaşdığı problemlərdən biri də müxtəlif mobil tətbiqlərə və ya rəqəmsal xidmətlərə bilmədən abunə olunmalarıdır. Belə hallarda bank kartından mütəmadi olaraq vəsait tutulur və istifadəçi çox vaxt bu ödənişin hansı tətbiq və ya xidmət tərəfindən həyata keçirildiyini müəyyən etməkdə çətinlik çəkir. 

Hüquqşünas Rəşad Əliyev bildirib ki, mülki qanunvericiliyə əsasən, vətəndaşın razılığı olmadan bank kartından davamlı şəkildə vəsaitin silinməsi hüquqi mübahisə predmeti hesab oluna bilər:

"Xüsusilə istifadəçi açıq şəkildə təsdiq verməyibsə və ya abunəliyin şərtləri aydın təqdim edilməyibsə, bu hal istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, xidmət göstərən tərəf istifadəçiyə ödəniş, müddət və avtomatik yenilənmə barədə əvvəlcədən tam məlumat verməlidir. Əks halda vətəndaş həmin ödənişlərə etiraz etmək hüququna malikdir.

Belə vəziyyətdə ilk hüquqi addım banka rəsmi qaydada müraciət etməkdir. Vətəndaş kart hesabından çıxılan məbləğlərin hansı hüquqi şəxs və ya platforma tərəfindən silindiyini tələb edə bilər. Bank bu məlumatları təqdim etməli və mübahisəli əməliyyat üzrə araşdırma aparmalıdır. Əgər əməliyyat istifadəçinin iradəsi xaricində həyata keçirilibsə, bank vasitəsilə "chargeback” proseduruna başlanılması mümkündür. Bu mexanizm beynəlxalq ödəniş sistemlərində nəzərdə tutulur və müəyyən hallarda vəsaitin geri qaytarılmasına imkan verir".

Vəkil deyib ki, eyni zamanda, vətəndaş həmin platformaya yazılı qaydada etiraz göndərməli və abunəliyin ləğvini tələb etməlidir:

"Əgər xidmət göstərən tərəf istifadəçini çaşdıran üsullardan istifadə edibsə, bu, hüquqi məsuliyyət yarada bilər. Kart məlumatlarının icazəsiz istifadəsi və ya dələduzluq şübhəsi olduqda isə hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Belə hallarda kiberdələduzluq və şəxsi məlumatların qanunsuz istifadəsi məsələləri araşdırılır.

Praktik baxımdan vətəndaş mobil tətbiq mağazalarında aktiv abunəliklərini yoxlamalı, istifadə etmədiyi xidmətləri dərhal deaktiv etməlidir. Kartın onlayn ödəniş limiti və təhlükəsizlik parametrlərinin yenilənməsi də vacib addımlardandır. Hüquqi baxımdan əsas məsələ ondan ibarətdir ki, istifadəçinin məlumatlandırılmış razılığı olmadan davamlı maliyyə öhdəliyi yaradılması qanunvericilik baxımından mübahisələndirilə bilən haldır", - o bildirib.

Qısası, bank kartınızdan gizli şəkildə pul silinirsə, dərhal banka müraciət edərək ödənişi edən şirkəti tapmaq, abunəliyi ləğv etmək və beynəlxalq qaydalarla pulu geri tələb etmək hüququnuz var.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar