Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq

Tarix: 22-05-2026 19:08     Baxış: 3124 A- / A+


"Azərbaycan Dəmir Yolları"nın Bakı–Tiflis–Bakı marşrutu üzrə hərəkət edən qatarlarında uşaqlar üçün güzəştli və pulsuz səyahət imkanları tətbiq olunur.
Qurumdan verilən məlumata görə, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5–10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.
Bildirilib ki, 5 yaşadək uşaqlar üçün nəzərdə tutulan pulsuz bilet mütləq qaydada rəsmiləşdirilməlidir.
Qaydalara əsasən, uşağın səfəri etibarlılıq müddəti olan pasport əsasında həyata keçirilir. Uşaq yalnız bir valideynlə səyahət etdikdə digər valideynin, valideynsiz digər böyüklə səfər etdikdə isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, ADY Mobile tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar