Sizin Reklam Burada
Xəbər lenti
21-05-2026
20-05-2026
BÜTÜN XƏBƏRLƏR

Anar Əsədliyə hökm oxundu

Tarix: 22-05-2026 15:44     Baxış: 423 A- / A+
Anar Əsədliyə hökm oxundu
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Manevr.az
xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkənlərdən Oqtay Qasımov və Etibar Nəsibov barışıq olmadığını bildirərək təklif olunan cəza ilə razılaşıqlarını bildiriblər.

Vəkil Rəsul Cəfərov müdafiə etdiyi şəxsin dələduzluq etmədiyini, borc aldığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Anar Əsədli son söz deyib.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Anar Əsədli həbsdə qaldığı müddət nəzərə alınmaqla, qəti olaraq 4 il 6 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar