Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Müddətsiz təyin edilən əlillik - RƏSMİ

Tarix: 21-05-2026 17:54     Baxış: 4161 A- / A+
Əlillik bu hallarda müddətsiz təyin edilir - RƏSMİ
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir. 
Manevr.az xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.
O bildirib ki, geri dönməz proseslər olduqda, müəyyən anatomik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin Qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur.
Həmçinin Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100 faiz aralığında (I dərəcə) ardıcıl olaraq 4 il, 61-80 faiz aralığında (II dərəcə) ardıcıl olaraq 10 il və 31-60 faiz aralığında (III dərəcə) ardıcıl olaraq 15 il müddətində müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
Bundan başqa, qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar