Sizin Reklam Burada
Xəbər lenti
21-05-2026
20-05-2026
BÜTÜN XƏBƏRLƏR

“İkinci əl” avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 21-05-2026 15:11     Baxış: 330 A- / A+
“İkinci əl” avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Son günlər həm ölkəmizdə güclü yağışlar yağıb. Nəticədə bir sıra avtomobilləri su basıb.

Maraqlıdır ki, belə subasmalardan sonra bazara daha çox “ikinci əl” avtomobillər çıxarılır. Halbuki subasmış avtomobilləri almaq o qədər də məqsədəuyğun hesab edilmir.

Bəs, suda batmış avtomobili necə ayırd etmək olar?

Manevr.az
xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Pərviz Əliyev subasmış avtomobili müəyyən etməyin bir neçə yolu olduğunu deyib:

“Avtomobilin su altında qaldığını müəyyən etmək üçün ilk növbədə salonda və yük yerindəki örtükləri qaldırıb altına diqqətlə baxmaq lazımdır. Əgər hər hansı pas izi müəyyən edilsə, o zaman həmin avtomobilin su altında qaldığını söyləmək olar. Belə avtomobillər çürüməyə daha çox meyilli olur”.

Müsahibimiz onu da əlavə edib ki, bəzi hallarda subasma o qədər də təhlükəli deyil:

“Məsələn bu gün avtomobili su basıbsa sabah onu çıxarıb, tamamilə sökərək fəsadları anındaca aradan qaldırmaq olar. Əsas odur ki, su dəymiş hissələr peşəkarcasına və səliqəli şəkildə qurudulsun. Subasma əsasən avtomobilin “kuza” hissəsinə xətər yetirə bilir. Sürətlər qutusu və motor çox nadir halda zərər görmüş olur. Belə zərəri isə istənilən avtomobil həvəskarı müəyyən edə bilir. Amma ayaqaltılarının və yük yerinin su basmasını müəyyən etmək bir qədər çətindir”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar