Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

WUF13-də Şəhərlər üçün izahlı lüğət təqdim olundu

Tarix: 21-05-2026 11:30     Baxış: 4243 A- / A+
WUF13-də Şəhərlər üçün izahlı lüğət təqdim olundu
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şəhərlər üçün izahlı lüğətin təqdimat mərasimi keçirilib

Kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə lüğətin hazırlanmasında əsas məqsədin şəhərsalma üzrə qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları haqqında aydın va sistemli təsəvvürün yaratmaq olduğunu deyib.

"Şəhərsalma Terminlərinin İzahlı Lüğəti" dayanıqlı şəhərsalma, BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli izahından ibarətdir. Bu lüğət həmçinin praktiki istinad mənbəyi kimi nəzərdə tutulub", - o deyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov isə vurğulayıb ki, lüğətdən bu sahədə çalışan mütəxəssislər və media nümayəndələri yararlana bilər:

"Bu sahədə çalışan, fəaliyyət göstərən mütəxəssislərin, bu ixtisas üzrə təhsil alan tələbələrin və media nümayəndələri də daxil olmaqla bir çoxlarının istifadə edəcəyi faydalı vəsait olacaq. Bu lüğət terminologiyanın vahidləşdirilməsinə, əsas və aktual anlayışların daha düzgün başa düşülməsinə kömək edir"./report

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar