Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqında yeni əməliyyat keçirilib. Saxlanılan şəxslər arasında Mabel Matiz, Feyza Civelek, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı və digər tanınmışlar var.
İstintaqa görə, məşhur şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdiklərinə dair məlumatlar, rəqəmsal materiallar, eləcə də digər sübutlar araşdırılıb. Bunun əsasında İstanbul və Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirilib.




































