Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

26 mindən çox avtomobil istismardan çıxarılıb

Tarix: 20-05-2026 17:41     Baxış: 3157 A- / A+
Azərbaycanda 26 mindən çox  avtomobil istismardan çıxarılıb
Azərbaycanda tullantıların idarə olunması sahəsində mühüm layihələr həyata keçirilib.
Manevr.az xəbər verir ki, bunu "Təmiz Şəhər"in İdarə Heyətinin sədri Etibar Abbasov WUF13 çərçivəsində “Tullantıların idarə edilməsinin dövri iqtisadiyyata doğru inkişaf etdirilməsi” adlı xüsusi sessiyada deyib.
O bildirib ki, Azərbaycanda tullantıların düzgün idarə olunması və şəhər mühitinin qorunması istiqamətində son illərdə bir sıra mühüm layihələr icra olunub. Bildirilib ki, “Təmiz Şəhər” 2008-ci ildə Prezidentin Sərəncamı ilə yaradılıb və əsas fəaliyyət istiqaməti Bakı şəhəri və Abşeron yarımadasında tullantıların idarə olunmasının təkmilləşdirilməsi olub.

Qeyd olunub ki, Azərbaycanın əsas məqsədlərindən biri tullantı idarəçiliyinə Bakıdan başlayaraq şəhərsalma siyasətinin mühüm hissəsi kimi yanaşmaqdır.
Çıxış zamanı vurğulanıb ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında müqavilə imzalanıb və layihə çərçivəsində Bakıda hazırda fəaliyyət göstərən, 120 hektar ərazini əhatə edən iri tullantı idarəetmə sahəsi yaradılıb. Eyni zamanda, layihə çərçivəsində Azərbaycan üçün tullantıların idarə olunması strategiyası hazırlanıb. 2009-cu ildə isə Bakıda Şərqi Avropada emal gücünə görə ən böyük tullantı yandırma zavodlarından biri inşa edilib. Zavodun illik emal gücünün yüz minlərlə ton olduğu qeyd edilib və müəssisənin enerji istehsalı imkanlarının da nəzərə alındığı bildirilib. Bununla bərabər, istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası layihəsinin artıq iki ildən çoxdur icra edildiyi qeyd olunub. Layihə çərçivəsində 26 mindən artıq yararsız avtomobil dövriyyədən çıxarılıb.
Bildirilib ki, avtomobillərini təhvil verən vətəndaşlara yeni nəqliyyat vasitəsi alarkən güzəştlər təqdim olunur. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar