Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan şəxs Türkiyədən ölkəmizə ekstradisiya edildi

Tarix: 20-05-2026 17:29     Baxış: 3205 A- / A+
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən ölkəmizə ekstradisiya edildi
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin mayın 20-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildə mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satmaq məqsədilə qaçaqmalçılıq yolu ilə ölkəmizin gömrük sərhədindən kənar daşınmasını həyata keçirməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Səbutər Adil oğlu Babayevin yeri Türkiyədə müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Türkiyənin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Səbutər Adil oğlu Babayev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyənin Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar