Sizin Reklam Burada
Xəbər lenti
19-05-2026
18-05-2026
BÜTÜN XƏBƏRLƏR

ADY: Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək

Tarix: 20-05-2026 15:55     Baxış: 331 A- / A+
ADY: Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək
Hazırda "Azərbaycan Dəmir Yolları” QSC azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində fəal iş aparır.

Manevr.az
xəbər verir ki, bu barədə ADY-nin aparıcı mütəxəssisi Suliddin Bağırov WUF13 çərçivəsində təşkil olunan "Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” infosessiyası zamanı bildirib.

Onun sözlərinə görə, xüsusilə, işğal dövründə yararsız vəziyyətə düşmüş Ağdam–Xankəndi dəmir yolu xəttinin yenidən qurulması və bərpası üzrə intensiv işlər davam etdirilir.

"Hazırda həmin dəmir yolu xəttinin bərpası çərçivəsində fiziki işlərin icra səviyyəsi 40%-ə yaxındır”, - Suliddin Bağırov qeyd edib.

O əlavə edib ki, dəmir yolu infrastrukturunun bərpası baxımından digər mühüm istiqamətlərdən biri də Horadiz- Ağdam dəmir yolu xəttidir. Bu istiqamətdə aparılan işlərin icra səviyyəsi hazırda 72%-ə çatıb.

"Bu layihə başa çatdıqdan, həmçinin Zəngəzur dəhlizinin yaradılması prosesi tamamlandıqdan sonra, "Azərbaycan Dəmir Yollarına” məxsus sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək”, - Suliddin Bağırov vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar