Xəbər lenti
Simonyan: Köçəryanı siyasi və hüquqi mənada əzəcəyəm

Ermənistan parlamentinin sədri Alen Simonyan müxalifətə və keçmiş hakimiyyət nümayəndələrinə qarşı sərt ittihamlar səsləndirib.
Simonyan jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanin son dövrlərdə sərt ritorikasının tənqid olunmasına cavab verib və onun mövqeyini tam dəstəklədiyini bildirib.
Parlament sədri qeyd edib ki, Paşinyanın emosional çıxışları uzun illər davam edən siyasi təzyiqlər və təhqirlərin nəticəsidir.
“Baş nazirə eyni sualları verməyin. O artıq cavab verib, mən də onun dediklərinə istinad edəcəyəm. Mən onun fikrini tam bölüşürəm. Təəccüblənirəm ki, o, bütün bunlara necə dözür”, - deyə Simonyan bildirib.
O, ölkədə yaranmış “nifrət mühiti”nə görə müxalifəti ittiham edib.
“2021-ci ildən başlayaraq onlar bizi güllələyirdi, bizi həbsxanalara atırdı, “türk”, “xəyanətkar”, “torpaq satan” kimi ifadələri dövriyyəyə onlar salıblar”, - deyə o vurğulayıb.
Simonyan bildirib ki, keçmiş hakimiyyət nümayəndələri 1 mart hadisələri, saxtalaşdırılmış seçkilər və digər ağır ittihamlara görə cavab verməlidirlər.
“1 Mart, 27 Oktyabr, saxtalaşdırılmış seçkilər, qanunsuz əmlak, tualetdə adam öldürmək və s. üçün həmin adamlar cavab verəcəklər”, - deyə o qeyd edib.
Parlament sədri Ermənistanın ikinci prezidenti Robert Köçəryan barədə isə daha sərt danışıb.
“Mən Ermənistan parlamentinin sədri kimi baş nazirin dediklərinə qoşuluram və Robert Köçəryanı da, digərlərini də siyasi, hüquqi və bütün başqa mənalarda “əzəcəyəm”. Çünki onların ölkəmizə və xalqımıza etdiklərinə görə bunu çoxdan etmək lazım idi”, - deyə Simonyan bildirib. moderin.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































